Xəbər verildiyikimi, Azərbaycanın Yazıçılar İttifaqında İsraildə nəşr olunmuş “Ağrı” kitabınıntəqdimatı keçirildi. Kitabın müəlifləri Əmir və Arye Qutdur.
Xəbər verildiyikimi, Azərbaycanın Yazıçılar İttifaqında İsraildə nəşr olunmuş “Ağrı” kitabınıntəqdimatı keçirildi. Kitabın müəlifləri Əmir və Arye Qutdur.
Təqdimatda kitabın elmi redaktoru AzərbaycanRespublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsininbaş məsləhətçisi Məhsəti Əliyeva çıxış edərək, Xocalı soyqırımının bəşər tarixində ən qanlısəhifələrindən biri olduğunu vurğulayıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru M.Əliyeva deyib: “Bu gün biz Xocalı soyqırımınahəsr edilmiş “Ağrı” kitabının təqdimatına toplanmışıq. İlk növbədə bu kitabınişıq üzü görməsinə görə müəlliflər Əmir və Arye Quta minnətdarlıq bildirməkistəyirəm. İndi onlar Azərbaycandan uzaqda yaşasalar da, onların ürəklərihəmişə Azərbaycan sevqisilə döyünür və bu kitab onun barız nümünəsidir. Kitabınmüəllifləri haqqında bir necə kəlmə demək istərdim. Əmir Qut 40 il AzərbaycanDövlət Televiziya və Radio Komitəsində Təbliğat Baş redaksiyasında aparıcırejissor vəzifəsində çalışıb. Bu illər ərzində Mərkəzi Televiziyanın sifarişiilə “Azərbaycantelefilm” yaradıcılıq birliyində 50-dən çox televiziyafilmin müəllifi və rejissoru olub. Qeyd etmək lazımdır kı, onun çəkdiyi sənədlifilmdən 25 -i Avropa ekranlarındagöstərilmişdir.
Bu illər ərzində paralel olaraq, Azərbaycan televiziyasınınTəbliğat baş redaksiyasında 2000-dən artıq böyük siyasi əhəmiyyət kəsb edənverlişlərin müəllifi və rejissoru olub. Onun yaradıcılığında Qarabağ problemiözqnəməxsus yer tutmuşdur. Söhbətzamanı Əmir Qut deyir ki, “Qarabağ müharibəsinin ağır və faciəli məqamları hərzaman mənim yadımdadır. Mən canlı olaraq səngərlərdə olan əsgər və mülki şəxslərinhəlak olmasını, atışmaları, qaçqınların axınını, erməni faşistləri tərəfindəndağılmış şəhərləri və kəndləri heç zaman unutmuram. Bütün bu mövzularverlişlərimin özəyini təşkil edirdi. Mən özüm ermənilərin törətdiyi buvəhşiliyin canlı şahidiyəm. O,Xocalı soyqırımı barədə müxtəlifkinofilmlər çəkmiş müxtəlif kinoversiyalar efirə vermişdir. Azərbaycan xalqının bu qanlı faciəsiartıq neçə ildir ki onu sakit buraxmırmış və bunun nəticəsində bu kitab ərsəyə gəldi. Əlbəttə, Birinci Qarabağ müharibəsində çəkiliş zamanıgördüklərini Əmir Qut öz ailəsinə həmişə danışıb və onun oğlu – Arye Qut oillərdə bütün baş verən hadisələr haqqında məlumatı var. Arye bu gün Azərbaycanın haqq səsini dünyayaçatdırmağda öz töhfəsini verir və bu istiqamətdə çox fədakarcasına çalışır. Onun bu dəyərli missiyasının bu işdə böyük əhəmiyyətivar. O hər zaman, öz məqalə və çıxışlarında dünya ictimaiyyəti qarşısında,Ermənistanın separatçı siyasətini, Xocalıda baş verən soyqırımı, erməni vəhşiliyinin,erməni faşızminin iç üzünü açıb göstərməyə çalışır və buna müvəffəq olur. O ikidövlətin övladıdır. Həmİsrailin, həmdə Azərbaycanın. O haqq-ədalət uğrunda canından keçən birinsandır. Onu da qeyd etmək istəyirəm ki, kitabın müəllifləri öz qarşılarınaqoyduğları əsas məqsəd – məzlum erməni obrazını yaradan erməni millətçilərininmənfur mahiyyətini açmaq və dünyaya tanıtmağdan ibarətdir və ən önəmlisi odurki, onlar bu məqsədə nail olublar. Kitabın elmi redaktoru olaraq diqqətinizəçatdırmaq istəyirəm ki, bu kitabın hər cümləsi müəlliflərin bu faciəni dərindənbildiyini və onları daxildən ağrıtdığını göstərir. Ermənilərin Xocalıda vəAzərbaycanın işğal edilmiş digər ərazilərində törətdikləri vəhşiliklər haqdayazmaq və oxumaq çox ağırdı. Kitabda Xocalı soyqırımı iki gəncin məhəbbəttarixçəsi əsasında oxucuya təqdim olunur. Eyni zaman müəlliflər kitabda tarixifaktlar və erməni əsirliyində olan Xocalıların ifadələrini təqdim edir. Kitabdaoxucu qarşısında erməni əsirliyində olan azərbaycanlıların başlarına gətiriləndəhşətli səhnələr açılır. Xocalıda dəhşətli kütləvi qırğın erməniterrorçularının Azərbaycana qarşı işğal və soyqırımı siyasətinin görünməmişqəddarlıq, insan haqlarının kobud şəkildə pozulması və antihumanist aktlarlamüşayiət edilən, beynəlxalq hüquq normalarına zidd olan tərkib hissəsidir.“Memorial” Hüquq-Müdafiə Təşkilatının rəyinə əsasən, erməni silahlıbirləşmələrinin hərəkəti Cenevrə Konvensiyasına, Ümumdünya İnsan HaqlarıBəyannaməsinə, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınlarınvə uşaqların müdafiəsi” Bəyannaməsinə tam ziddir”.
M.Əliyeva qeyd edib ki, Xocalı faciəsi ermənimillətçilərinin XX əsr boyu Azərbaycan xalqına qarşı apardığı etnik təmizləməvə soyqırımı siyasətinə daha bir nümunədir: “Bu siyasətin kökləri uzaq keçmişəgedib çıxır. Ermənilər ilkin yurdlarıBalkanlardan Şərqə gələrək erkən orta əsrlərdə Fərat vadisindən KiçikAsiyayadək “vətən” axtarışında səpələnib, Orta Şərqin geniş ərazisində köçərihəyat sürüblər. Sonra isə erməni Qriqorian kilsəsinin xeyirduası ilə “erməniməsələsi”nin ana xəttini təşkil edən virtual dövlət layihələrini uydurublar.Türkmənçay müqaviləsindən sonra Rusiya imperiyasının köçürmə siyasətinəticəsində Şimali Azərbaycana hissə-hissə köçürülən ermənilər “erməniməsələsi”ni yüksələn xətt üzrə irəlilədiblər. XX əsrin əvvəllərində dünyaerməniləri Azərbaycanın əzəli torpaqlarını zorla qoparmaq üçün fəaliyyətçərçivəsini dəyişiblər. Xərçəng şişinə çevrilən bu sindrom regiondaqeyri-sabitliyin, konfrontasiyanın katalizatoruna çevrilib, qarşısına çıxan hərşeyi dağıtmaq, terror və məhv etmək yolu ilə ölkənin müsəlman əhalisinə qarşısoyqırımı törədib. 1918-ci ilin martında ermənilər “nəsibsiz” və “alçaldılmış”xalq maskasını cıraraq ona sığınacaq vermiş Azərbaycan xalqına qarşı soyqırımıhəyata keçirib, Bakı, Şamaxı, Quba, Zəngəzur və İrəvanda kütləvi qırğınlartörədiblər. Azərbaycanın şəhər və kəndlərinin dinc sakinlərinin kütləvi qətlierməni sindromunun amansız, qana susamış mahiyyətini göstərib”. M.Əliyevadeyib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlıbirləşmələrinin keçmiş SSRİ-nin Stepanakertdə yerləşdirilmiş 366-cı motoatıcıalayının ayrı- ayrı hərbi qulluqçularının iştirakı ilə həyata keçirdiyisoyqırımı bütöv şəhəri Yer üzündən silinib. Faciə nəticəsində 63 uşaq, 106qadın, 70 qoca olmaqla 613 nəfər qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib,56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 25 uşaq hər iki valideynini, 130 uşaqvalideynlərindən birini itirib, 487 nəfər (onlardan 76-sı uşaq) ömürlük şikəstqalıb, 150 nəfər itkin düşüb. Onlarla cəsəd təhqir olunub. Ağdam şəhər sanitarqatarının həkimləri başlarının dərisi soyulmuş dörd meyit, bir başsız bədənqeydə alıblar. Cəsədlərin çoxunun gözləri çıxarılıb, qulaqları, əl-qollarıkəsilib, qarınları yırtılıb, bəzi cəsədlər yandırılıb və ya ağır texnikanın altındaəzilib. Odlu silahdan açılan atəşə tuş gələnlərdən başqa, onlarla adammeşələrdə soyuqdan və donvurmadan ölüb. 1275 nəfər Xocalı sakini əsirgötürülüb, onların sırasında Orta Asiyadan gəlmiş məshəti türkləri də olub.Xocalı sakinlərinin ifadələrinə görə, əsirlər “mübadilə materialı” qismindəsaxlanılıb. Ermənilərin dinc əhaliyə qarşı törədilən bu vəhşilik insan ağlına sığmır. Bu, insana xasolmayan, təsvirəgəlməz qəddarlıq nümunəsidir. Heydər Əliyev Fondununvitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!”beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası Xocalı faciəsinin dünyabirliyi tərəfindən tanınması işinə böyük töhfə verib. Fondun aksiyası 2008-ci ildən başlayaraq dünyanın birçox ölkələrində, beynəlxalq təşkilatların ofislərində, o cümlədən CenevrədəBMT-nin qərargahında keçirilib. “Xocalıya ədalət!” beynəlxalq təbliğat vəməlumatlandırma kampaniyası Xocalı həqiqətlərini yaymaqla erməni təbliğatınazərbə vurub. Bu kampaniya nəticəsində 2010-cu ildə İslam ƏməkdaşlığıTəşkilatının Parlament Assambleyasının qəbul etdiyi sənədə əsasən 51 dövlətinparlamenti Xocalı soyqırımını bəşəriyyətə qarşı yönələn cinayət kimi tanıyıb.Xocalı soyqırımını Pakistan, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Meksika,Honduras, Qvatemala, Peru, Kolumbiya, Panama, Sudan parlamentləri tanıyıb.Hazırda ABŞ-ın 21 ştatı Xocalı soyqırımına dair qətnamə qəbul edib. Biz AryeQut və digərləri kimi ədalət uğrunda mübarizə aparan Moldova parlamentininvəkili və Moldova Respublikası İctimai Parlamentinin prezidenti AureliyaQriqoriuya da minnətdarıq. O, 2013-cü il iyulun 4- də “Qanunun aliliyi vəsərhədlər barədə Avropa standartları: Avropa Şurasının üzvü olan ölkələrdəhakimiyyət orqanlarının baxışları” konfransında Ermənistan parlamentində çıxışedərək Ermənistanın Qarabağda 25 ildən çox davam edən hərəkətlərini təcavüzadlandırıb, bu ölkənin Azərbaycan ərazisinin 20 faizinin işğal etdiyinibildirib və bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan edib. Bu cəsarətli qadınErmənistanda özünə qarşı amansız təzyiqlərə, təhdidlərə ləyaqətlə dözüb və özprinsiplərindən geri çəkilməyib”. Siyasi elmlər üzrə fəlsəfə doktoru M.Əliyeva çıxışının sonunda deyib: “Bizim işimiz haqq işidir, biz dünya birliyininsoyqırımı faktını tanıması və bu cinayətin əli günahsız qocaların, qadınlarınvə uşaqların qanına batmış baiskarlarının cəzalandırılması uğrunda mübarizəaparacağıq. Onlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Dünya ictimaiyyəti bunu bilməlidir. Xocalı soyqırımı səlahiyyətli beynəlxalqstrukturlar tərəfindən soyqırımı aktı kimi obyektiv qiymətini almalı, bucinayəti törədənlərə qarşı isə sanksiyalar tətbiq olunmalıdır. Biz nüfuzlubeynəlxalq təşkilatları obyektiv mövqe tutmağa, bu soyqırımını bir dahamüzakirə etməyə və onu törədən cinayətkarların layiq olduqları cəzaya çatmasıüçün səylərini artırmağa çağırırıq”.
“Agrı” kitabının müəlliflərindən biri Arye Qut TİA.AZ-aaçıqlamasında bildirib ki, kitab maddi gəlir əldə etmək üçün deyil, Xocalıbarədə gerçəkləri dünyüyü çatdırmaq üçün qələmə alınıb. Müəllif bildirir ki,Bakıdan İsrailə yollandıqdan sonra kitabın sözügedən ölkədə də təqdimatınıkeçirəcəyini bildirdi.
TİA.AZ