Ağrı dağının daşı revanşistlərinin başına düşüb

Ağrı dağının daşı revanşistlərinin başına düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Ağrı dağının əksi sərhəd keçid məntəqələrindəki möhürlərdən çıxarılması səs-küyə səbəb olub.

Tribunainfo.az xəbər verir ki, revanşistlər heç bir şəkildə bununla barışmaq istəmirlər.

Ötən gün ekspert Varuzan Geqamyan iddia edib ki, Ağrı dağdan imtina Ermənistanın türkləşdirilməsi ilə bağlıdır, təhlükəsizliklə yox.

Deputat Hayk Mamicanyan isə bildirib ki, Paşinyan Bakının dediklərini həyata keçirir. “Paşinyan hərəkətləri ilə yalnız Azərbaycan və Türkiyəni sevindirmək istəyir. Onun apardığı siyasət deyil. Bu gün Ağrı dağından imtina edirsə, sabah Ermənistandan da imtina edəcək”.

Fərda Uğur