“Bunlar nə adam kimi adam, nə də zabit kimi zabit ola bildilər. Bildiyin ləyaqət yoxsulu həyat yaşadılar. Zala girən kimi ağlamaq nədir? Birinci düşündüm ki, Kürdəxanı-Zabrat-Sabunçu yolunun tıxacına görə kövrəlib” – Tribunainfo.az yazır ki, jurnalist İlkin Muradov Meşəli qatili Vaqif Xaçatryanın məhkəmədə göz yaşı tökməsinə belə replika verib. Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə “Xocalı, Meşəli, Cəmilli, Umudlu sakinlərinə gülə-gülə divan tutan alçaq… belə ağlayarsan!” – deyə post yazıb. Təhlilçi Asif Nərimanlı “timsahın göz yaşları…” adlandırıb. Ekspert Əziz Əlibəyli isə sual edib ki, Vaqif Xaçaturyan niyə ağlayır: “Meşəlidə uşaqları doğrayan kim idi?”