AĞILLI UŞAQ YETİŞDİRMƏYİN 5 QAYDASI…backend

AĞILLI UŞAQ YETİŞDİRMƏYİN 5 QAYDASI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqların beynini inkişaf etdirəcək müxtəlif vasitələr və üsullar var. Mütəxəssislərin fikrincə, valideynlər bu üsullara diqqət yetirsələr uşaqlarnın daha özgüvənli və ağıllı yetişməsinə səbəb olarlar.

Tribunainfo.az xəbər verir ki, pediatr Altay Abdullaoğlu uşaqların beynini inkişaf etdirəcək 5 möhtəşəm üsul açıqlayıb.


Pediatr bildirib ki, uşaqları video lentə almaq o görüntüləri özünə izlətmək uşağın inkişaqfında mühim rol oynayır:

“Onları video lentə alın, əvvəl səsini dinlədin, sonra həmin görüntünü izlədin. Övladınızın beyin inkişafında bu misilsizdir. Bu videolarda o özünü seyr edərək, harada səhv etdiyini tədricən sezə biləcək. Məsələn, şeir söyləyəndə, daha gözəl necə edə biləcəyini özü görə biləcək.
Mütaliə etməsinə və xəyal qurmasına şərait yaradın.
Mütaliənin beyin inkişafında gördüyü işlərin həcmi inanılmazdır. Övladınız düşüncələri oxuyaraq, düşünməyi öyrənər. “Xəyallar elmdən üstündür” deyən Eynşteynə qulaq asaraq onu da xəyal qurmağa sövq edin. Xəyal qurmaq uşaqda yaradıcı zəkanı inkişaf etdirir.
Ondan hekayələr qurmasını istəyin.
Övladınızın hekayələr danışması fərdi inkişaf baxımından əla fürsətdir. Ondan günün necə keçdiyini söruşun. Danışmaq beyni inkişaf etdirən ən əla üsuldur. Fikirlərini, duyğularını, istəklərini dilə gətirməkdə ürəkləndirilən uşaqların beyin inkişafı sürətlənir”.

Pediatr bildirib ki, uşağı inkişaf etməsini istəyirsinizsə, ondan danışdıqlarının rəsmlərini çəkməsini istəyin:

“Uşaq danışdıqlarını kağız üzərinə köçürəndə beynin bir çox nöqtəsini xəbərdar etmiş olur və bu da inkişafa dəstək verən yaradıcı bir amil olur.
Uşaşqlara özünü sevməyi və özünə hörmət etməyi məsələsində daim dəstək olun.
Özünü sevən və hörmət edən uşaqların beyin inkişafı çox sürətli olur. Onda uşağınız inandığı şeyləri etməkdə və anlamaqda hər zaman uğur qazanacaq”.

Tribunainfo.az