“London School of Acvademy” 100-dən çox qadının iştirakı ilə aparılmış araşdırmasının nəticəsinə görə elmi dərəcələri olan qadınların adi qadınlara nisbətən içkiyə meyilliyi iki dəfə çoxdur.
Minval.İnfo xəbər verir ki, kişilərdə də eyni nəticələr əldə edilib. Xəbərdə həmçinin deyilir: “Daha çox təhsilli qadınlar içkiyə daha çox meyillidirlər və içkiyə görə daha çox problemlərlə qarşılaşırlar”
Araşdırma açıqlayır ki, daha elmi dərəcəsi olan qadınlar 71% daha çox içkiyə meyilli olduqları halda kişilərdə bu rəqəm 49%-dir. Bu nəticəyə gəlinən tək araşdırma “London School of Acvademy” tərəfindən aparılmayıb.
“National Child Development Study (NCDS)” –nin araşdırmalarına görə, daha ağıllı uşaqlarla onların 20, 30 yaşlarında qəbul edilən içki miqdarı arasında əlaqə var.