Agentlik sədrinin adı cinayət işində-ÖZƏL

Agentlik sədrinin adı cinayət işində – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri  Əbdül-Qədirov Cavid Teyrun oğlu Respublika Prokurorluğunda bir neçə TSEK sədrinə açılmış cinayət işinə görə dindirilmə prosesinə cəlb olunub.

TİA.AZ– a daxil olan məlumata görtə hazırda prokurorluq əməkdaşları sözügedən qurumda  bir neçə TSEK sədrinə cinayət işi açıb. Onlardan bir neçəsi dindilmə prosesinə cəlb edilib, bir neçəsi haqda isə artıq həbs qətiimkan tədbiri seçilib.

Əldə olunan məlumatlara görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri Məmmədov Katib Rəsul oğlu rüşvət alarkən saxlanılıb.

Katib Məmmədov Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilib. İstintaqın təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin hakimi Elçin Ağayevin qərarı ilə K.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

O, istintaq təcridxanasına göndərilib. İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, 5 saylı TSEK-in keçmiş sədri Fəsad Mustafayev də 2015-ci ildə rüşvət alarkən həbs edilib.

Məlumat üçün bildirək ki, dindirilmə zamanı verdikləri izahatda TSEK sədrləri Agentliyin rəhbəri Cavid  Əbdül-Qədirovun da bu işdə əlinin olduğunu qeyd ediblər. Məhz ona görə də bir neçə gündür Agentliyin sədri də dindirilmə prosesinə cəlb edilib.

P.S. Qeyd edək ki, Cavid Əbdül-Qədirov bir neçə il öncə Səhiyyə Naziri Oktay Şirəliyevin əmri ilə rüşvət alma maddəsi ilə RDM-dən uzaqlaşdırılıb.

P.S.S. Cavid Əbdül-Qədirov ixtisasca həkim olmasa da “dünya bilikləri” hesabına əlilliyi təyin edən Agentliyin sədri təyin edilib.