Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni aparat rəhbəri təyin edilib.
Tribunainfo.az manşet.az-a istinadən xəbər verir ki, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.
Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri agentliyin sədri Zaur Mikayılovun qudasıdır.