Azərbaycan Dövlət Turizm Agentliyi Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək “MITT 2025” beynəlxalq sərgisi üzrə tələb olunan sahənin icarəsi üçün 118 847 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, qurum “ITE Eurasian Exhibitions FZ-LLC” şirkəti ilə müqavilə bağlayıb.
Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.