Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır. Ona görə də işdən çıxarılan hər müəllimin yerinə işə götürülən olmayacaq. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
“Aparılan təhlillər göstərir ki, ölkə üzrə ehtiyac duyulandan daha çox müəllim ümumi təhsil müəssisələrində fəaliyyət göstərir. Bu təhlillər xüsusilə ibtidai sinif müəllimlərinə aiddir. İşdən çıxarılan müəllimin əvəzinə yaranmış vakansiya ştatlarının həmin məktəbdəki digər müəllimlər arasında paylanması planlaşdırılır. Bu il ibtidai sinif üzrə ümumilikdə 712 vakansiya, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə isə 563 vakansiya təqdim olunub”.