Agentlik ilə “Viva Desserts” arasında cərimə qalmaqalıbackend

Agentlik ilə “Viva Desserts” arasında cərimə qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə “Viva Desserts” MMC arasında qalmaqal yaranıb.

Valyuta.az xəbər verir ki, AQTA MMC-ni İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü (Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsi) maddəsi ilə cərimələyib.

Bu maddədə inzibati cəza növü kimi fiziki şəxslərin üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslərin isə dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

“Viva Desserts” MMC qərardan narazı qalaraq məhkəməyə şikayət edib.

Şirkətin şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Elməddin Hüseynov iş üzrə hakim təyin edilib.