Agentlik əməkdaşı “Wolt”u ittiham etdi: Məhsulları zay, xarab edirlər…

Agentlik əməkdaşı “Wolt”u ittiham etdi: Məhsulları zay, xarab edirlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21.07.2024-cü il tarixində “wolt” tətbiqindən “wolt market” mağazasından “Qaymaq” markasına məxsus sifariş verdiyimiz qatıq məhsulu (STT:25.07.2024) bu vəziyyətdə gəlib. Məhsulun STT-dan öncə xarab olmasına səbəb “wolt” tərəfindən və ya ona məxsus “wolt market” tərəfindən soyuq təchizat zəncirinin fasiləsizliyini təmin edilə bilməməsi (hansı ki, AQTA sözügedən şirkət barədə daha öncə bənzər halların olduğuna dair açıqlama vermiş, şirkəti təhlükəsizlik normalarına əməl etmələrinə dair göstəriş vermiş, lakin şirkət isə onlarda hərşeyin düzgün olduğunu deyərək AQTA-nın mövqeyini düzgün saymayaraq məhkəməyə müraciət etmişdir), yaxud istehsalçı firmadan qaynaqlanması və ya digər hansısa səbəbə görə məhsulun xarab olması barədə dəqiq fikrim yoxdur. Lakin onu deyə bilərəm ki, yay aylarında “wolt”dan sifariş verdiyimiz bir sıra məhsulların soyuq rejimdə gəlmədəyinə çox şahid olmuşuq. Qida məhsullarının çatdırılması sahəsində ciddi bazar payı olan şirkətin ən çox diqqət etməli olduğu məqamdır bu.

Tribunainfo.az yazır ki, bu barədə məlumatı sosial şəbəkədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşı Cavid Süleymanlı paylaşıb. O, məsələnim araşdırılmasını tələb edir:

“Postu paylaşmaqda məqsədim həm “wolt” tərəfindən və ya aidiyyəti orqan tərəfindən məsələnin araşdırılması, həmçinin dostlarımın qida sifarişi zamanı bu cür məqamlara xüsusi diqqət göstərməsinə çağırış etməkdir.

Ümid edirəm ki, şirkət sözügedən sahədə tezliklə nöqsanları aradan qaldırar və öz işini aidiyyəti qanunvericiliyin tələblərinə uyğunlaşdırar”.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar