Agentlik “Azərmaş”a 181 avtomobil üçün 2,5 milyon manat ödəyəcək

Agentlik “Azərmaş”a 181 avtomobil üçün 2,5 milyon manat ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial Xidmətlər Agentliyi “Xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlillərə avtomobillərin satın alınması” tenderini yekunlaşdırıb.
Tribunainfo.az FED.az-a istinadla xəbər verir ki, qalib “Azərmaş Group” MMC olub.
Qalib şirkətə 2 534 000 manat ödəniləcək.

Qeyd edək ki, sifarişə 181 ədəd avtomobil daxildir.

Avtomobillər üçün verilən tələblər bunlardır: Avtomobilin tipi: Sedan 4 qapılı Buraxılış ili: min 2022 Mühərrik həcmi: 1.5-2 L Sürət qutusu: Mexaniki sürət qutusu Rəng: Ağ Ötürücü: Ön Yanacaq növü: Benzin Yürüş: 0 km Texniki servis xidməti mövcud olsun Zəmanət: 50.000 km Təhlükəsizlik: Sürücü və ön sərnişin üçün təhlükəsizlik yastıqları, ABS, mərkəzi kilidləmə, park radar, təhlükəsizlik sistemi İnteryer: Parça salon, kondisioner, elektrik tənzimlənən sürücü və sərnişin oturacağı (bel hissəsi), ön və arxa pəncərələrin elektrik tənzimlənməsi, elektriklə idarə olunan güzgülər, arxa şüşənin qızdırıcısı, tənzimlənən sükan …