Ağdərədə yanğının söndürülməsinə 2 helikopter cəlb olundu – Video

Ağdərədə yanğının söndürülməsinə 2 helikopter cəlb olundu – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Ağdərədə meşə massivində yanğın baş verib.

Alov dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə FHN-in Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Bildirilir ki, Suqovuşan qəsəbəsində gecə saatlarından başlayan yanğının qarşısı alınıb.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.