Ağdaşda tələbə qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaşda qətlə yetirilən şəxsin kimliyi bilinib.

 

Ağdaşda qətlə yetirilən şəxsin kimliyi bilinib.

 

APA-nın xəbərinə görə, bu gün səhər saatlarında qətlə yetirilən 2000-ci il təvəllüdlü Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlu Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsidir.  

 

Məlumata görə, onu həmyaşıdı olan Hacıyev Tərlan Fikrət oğlu kürək və ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.   

 

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

 

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır. 

 

Ağdaş Dövlət Humanitar Kollecindən isə bildirilib ki, kollecin 2-ci kurs tələbəsi Ətraf Nəsibov bu gün saat 10:00 radələrində bıçaqlanıb. Hadisə kollecin ərazisindən kənarda baş verib. Faktla hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

 

***

 

10:54

 

Ağdaşda qətl hadisəsi baş verib.

Hadisə bu gün 10.30 radələrində Ağdaş şəhəri Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.

 

16-17 yaşlarında olduğu deyilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

 

Onun meyiti müayinə olunmaq üçün Ağdaş “morq”una aparılıb.

 

Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil.