Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı

Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salınıb.

Tribunainfo.az xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndində məskunlaşacaq keçmiş məcburi köçkünlər – 24 ailə (124 nəfər) paytaxtdan yola düşüblər.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.