Son günlər yağan aramsız yağışlar Ağdamın cəbhəyanı kəndlərində sel təhlükəsi yaradıb.
Son günlər yağan aramsız yağışlar Ağdamın cəbhəyanı kəndlərində sel təhlükəsi yaradıb.
APA-nın məlumatına görə, ermənilərin Qarqar çayına həddindən artıq su buraxması rayonun Əfətli, Hacıməmmədli kəndlərinin əkin sahələrinin su altında qalmasına səbəb olub.
Hazırda Ağdam rayon Mexaniki Suvarma İdarəsinin işçiləri Qarqar çayında bəndqurma işləri apararaq suyun kəndlərə və evlərə ziyan vurmasının qarşısını almağa çalışırlar.