Ağdamdakı Rusiya-Türkiyə Mərkəzi heç nə edə bilmirdi – Ekspert

Ağdamdakı Rusiya-Türkiyə Mərkəzi heç nə edə bilmirdi – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sülhməramlılarının Qarabağdan çıxarılmasının məntiqi davamı olaraq Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də bağlandı.

Tribunainfo.az xəbər verir ki, bu barədə fikir bildirən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, bölgədə separatizm mövcud olduğu dövrdə bu mərkəz faktiki heç nə edə bilmirdi:

“Rəsmi Bakı baş verən insidentlər haqda mərkəzi məlumatlandırmaqla, türk hərbçilərini prosesə qoşmağa çalışsa da, Rusiya sülhməramlıları onların arxa planda qalması üçün hər şeyi edirdi, əksər vaxt nail olurdu da. Lakin Monitorinq Mərkəzinin yaradılması və türk hərbçilərin orada olması, heç nə etməsələr belə Azərbaycanın əlini gücləndirən, sülhməramlıların öz missiyalarından kənar fəaliyyətinə qarşı müqavimətini artıran amil idi. Əliyev məhz buna görə 10 noyabr razılaşmasına Monitorinq Mərkəzinin yaradılması və Türkiyə hərbçilərinin bölgəyə gətirilməsi məsələsini daxil etmişdi. Qarabağda əldə edilən nəticədə onların da müəyyən qədər payı var”.

Nigar