Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapıldı (FOTO)

Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapıldı (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağdamda 4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb.
APA xəbər verir ki, axtarış rayonun İmamqulubəyli qəsəbəsində aparılır.
Meyiti axtarılan şəxsin qəsəbə sakini, 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızı olduğu bildirilir.

Verilən məlumata görə, onu atası, Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Bu gün evin həyətyanı sahəsində baxış keçirilib. Hazırda kənddən keçən su kanalında axtarışlara başlanıb.