Ağdam şəhərinə ilk köçün vaxtı açıqlandıbackend

Ağdam şəhərinə ilk köçün vaxtı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır.

 Tribunainfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O qeyd edib ki, azad edilən ərazilərə köçürülən vətəndaşlar üçün dövlət hər cür şərait yaradıb:

“Bu işlər Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində plana uyğun davam edir. Məşğulluq və infrastruktur məsələlərini düzgün ardıcıllığını planlayaraq bunu edirik”.

O qeyd edib ki, hazırda Ağdamda 3 kənddə quruculuq işləri davam edir:

“Prezident İlham Əliyev sonuncu dəfə Ağdama səfər etmişdi. Orada hazırda 3 kənddə – Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Baş Qərvənd kəndində də slovakiyalı mütəxəsisslərlə birgə kəndin bərpası üzrə işlər gedir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işlər başlayıb. Ağdam şəhərinə gəən ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri yekunlaşdıqdan köç başlayacaq”