Ağdam İH su xətti çəkən şirkətə abadlıq işləri gördürürbackend

Ağdam İH su xətti çəkən şirkətə abadlıq işləri gördürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam İcra Hakimiyyəti xeyli müddətdir tenderlərinin ləğv olunmasının ağrısını çəkir. Tribunainfo.az xəbər verir ki, İcra Hakimiyyəti əlinə düşən fürsəti fövtə verməmək üçün tenderləri kimə gəldi verir.
Belə ki, dövlət qurumu Ağdam rayon İmamqulubəyli kəndi ərazisində abadlıq işlərinin görülməsini “SuTikinti-Təmir” MMC-yə həvalə edib. Bu məqsədlə 109.481,11 manat da ayırıb.
Açıq mənbələrdən bəlli olur ki, bu, İcra Hakimiyyəti ilə MMC arasında ilk anlaşma deyil. Keçən il də eyni məsələ ilə bağlı Ağdam rəhbərliyi “Sutikinti-Təmir” MMC-yə 239 min manatlıq sifariş veribmiş.
Qeyd edək ki, “SuTikinti-Təmir” MMC-nin nizamnamə kapitalı 20 manatdır. MMC-nin qanuni təmsilçisi Ərəstun İsmayılov Fərhad oğludur. Bu şirkət əsasən su xətlərinin çəkilməsi, boruların təmiri, nasos stansiyalarının təmiri işləri üzrə ixtisaslaşıb.