Ağdam İH 228 minlik quyu qazırbackend

Ağdam İH 228 minlik quyu qazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ard-arda 10-dan çox tender layihəsi ləğv edilən Ağdam rayon İcra Hakimiyyəti indi də artezian quyuların qazılması üçün müraciət edib. Tribunainfo.az raəsmi qaynaqlara istinadən xəbər verir ki, İcra Hakimiyyəti bununla bağlı tender elan edib.
Həmin elanda vurğulanır ki, Ağdam rayonu ərazisində əhalinin içməli su ehtiyaclarının ödənilməsi məqsədilə subartezian quyularının bərpasını həyata keçirməyi planlaşdırırlar. Bunun üçün isə 228.875,80 manat pul ayırmaq fikrindədirlər.
Hazırda tender müsabiqə mərhələsindədir. Yəni, həmin quyuların hansı şirkət tərəfindən qazılacağı müəyyən edilməyib. Lakin gedişat göstərir ki, nəzarətedici orqan bu tenderi də ləğv edəcək. Çünki indiyə qədər Ağdam ərazisində xeyli sayda artezian quyular qazılıb və Ağdam əhalisinin də köçürülməsi istiqamətində işlər görülür.
Yəni, ən geci bir ilə Ağdam şəhərinə əhalinin köçü başlayacaq. Bu da Quzanlı qəsəbəsi və ətraf kəndlərdə məskunlaşmış rayon sakinlərinin böyük hissəsinin öz evlərinə qayıtması deməkdir. Məhz nəzarətedici orqan da bunu nəzərə alaraq, büdcədən pul almaq istəyən Ağdam İcra Hakimiyyətinin tenderinə stop qoyacaq.
Xatırladaq ki, indiyə qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti Ağdam rayon İcra Hakimiyyətinin elan etdiyi 10-dan çox tenderi ləğv edib.