Ağdam rayon İcra Hakimiyyətinin bir gündə iki tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, onlardan biri dəyəri 127.284,24 manat olan rayon üzrə ərazisindəki kəndlərdaxili yolların asfalt örtüyünün qurulması işlərinin satınalmasıdır.
Nəzərət qurumları bu tenderin ləğvi səbəbini əsaslandırmanın düzgün aparılmaması və qiymətlərin şişirdilməsi ilə izah ediblər.
İkinci tender isə Quzanlı qəsəbəsi ərazisində küçə işıqlarının təmir-bərpa işlərinin görülməsini əhatə edib. 110.000 manat dəyərində olan bu işlərin ləğvinə səbəb Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mənfi rəy verməsi olub. Ləğv edilmə səbəbi kimi isə “Dövlət satınalmalar haqqında” qanunun 36.1.1-ci maddəsinin tələblərinin pozulmasıdır. Həmin maddə isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması faktını özündə ehtiva edir.