Qeyri-sağlam qidalanma və məşq etməyən həyat tərzi zamanla ağciyərlərin tutumunu azaldır. Bundan əlavə, soyuqdəymə, qrip və digər infeksiyalara qarşı güclü ağciyərlərə sahib olmaq sağalmanı sürətləndirir. Mütəxəssislərin fikrincə, bəzi qidalar ağciyərləri gücləndirir.
Tribunainfo.az Pembenar-a istinadən ağciyərləri başdan sona təmizləyən şəfalı qidaları təqdim edir.
Ağciyərləri toksinlərdən təmizləmək və detoks və antioksidan təsir üçün təbiətdən gələn qidalardan faydalanmaq, həm təbii, həm də bir çox sahədə ən yaxşı nəticələr əldə etməyə imkan verir.
Düzgün qidalanma hər cür xəstəliyə qarşı qoruyucu təsir göstərməklə yanaşı, ağciyərləriniz üçün də çox təsirli nəticələr verə bilər.
SARIMSAQ
Tərkibindəki çoxsaylı antioksidan maddələr sayəsində sarımsaq ağciyərləri xərçəngə qarşı qoruyur və ağciyərlərin tam gücü ilə işləməsini təmin edir.
QARA KÖK
Öskürək və bəlğəm atmağa kömək edir. Tərkibindəki vitamin və minerallar sayəsində güclü antioksidantdır və ağciyər xərçəngi riskini azaldır.
ÜZÜM TOXUMLARI
Tərkibindəki resveratrol sərbəst radikallarla mübarizə apararaq ağciyərləri qoruyur. Xüsusilə xərçənglə mübarizə aparır. Üzüm tumları çeynədikdən sonra yeyilməlidir.
KƏRƏVİZ
Kanserogen maddələrin, ağciyər xəstəliklərinin və nitrozaminlərin əmələ gəlməsinə qarşı qorunma təmin edir. Xüsusilə ağciyər xərçənginin qarşısını alır.