Azərbaycan Səhiyyə Nazirliyinin tərkibində olan Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu özünə avtomobil almaq barədə qərar verib. Tribunainfo.az xəbər verir ki, sözügedən səhiyyə ocağı bununla bağlı elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Belə ki, İnstitut “AUTO AZƏRBAYCAN” MMC-i ilə 258.396 manatlıq satınalma müqaviləsi imzalayıb. Həmin müqaviləyə əsasən sözügedən qurum 6 ədəd “Hyundai” markalı yeni model avtomobil alacaq.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu uzun zamandır fəaliyyətində nöqsanlar olması səbəbindən tənqid olunur. Bu xəstəxanada xəstələrə qarşı laqeydliyin olmasın, müalicələrin düzgün aparılmaması əsas şikayət predmetləri kimi qeyd edilir.
Xatırladaq ki, qurumun rəhbəri Əhməd Cəbrayil oğlu Nurməmmədovdur. Görünür, cənab Əhməd Nurməmmədov xidməti maşını dəyişdirmək qərarına gəlib.