Yayın gəlişi ilə ən sevimsiz həşarat olan ağcaqanadlar da peyda olur. Onlardan xilas olmağın müxtəlif yolları olsa da, bu, bəzən işə yaramır. Ancaq təbii vasitələrlə hazırlanan qarışıqlar ağcaqanadlardan xilas olmağa kömək edə bilər.
Tribunainfo.az yazır ki, hazırlanması olduqca asan olan qarışıq üçün sadə vəsaitlər istifadə edəcəksiniz:
* Boş bir şüşə
* Bir stəkan qədər saf ya da qaynadılmış su
* 1 çay qaşığı karbonat
* Üzvi bitki mənşəli yağlar: qərənfil yağı, çay ağacı yağı, evkalipt yağı, lavanda yağı ya da nanə yağı.
Qaynayan suyunuzun içinə karbonatı əlavə edin. Yağlardan 40-50 damla qədər suya damladın. İstədiyiniz qoxunu daha çox qoya bilərsiniz. Qəti bir ölçü olmadığı üçün bu nisbəti siz də təyin edə bilərsiniz.
Asan qarışıqdan sonra şüşəni yaxşıca çalxalayın. Hazır hala gələn qarışığı göz və ağız ətrafından qorumaq şərtilə bütün bədənə vuraraq istifadə etmək olar.