“300 min qaçqının Ermənistana qaytarılması onların proqramına uyğun olaraq həmin ərazi iddialarının daha da reallaşması istiqamətində atılan ən mühüm addımlardan biridir”.
Tribunainfo.az xəbər verir ki, bunu erməni deputat Ovik Ağazaryan Qərbi Azərbycan məsələsi barədə danışarkən deyib.
O iddia edib ki, Ermənistan real olaraq müharibə vəziyyətindədir. “Və bu, müharibələr zamanı insanların Yeni ili, ad günlərini və ya 8 Martı qeyd etmədiyi kimi deyil. Sülhün olub-olmamasına onlar belə qərar vermirlər”.
Ağazəryan qeyd edib ki, 19 aydır heç bir əsgərin ölməməsi heç nə demək deyil. “Müəyyən mənada Əliyev Paşinyana yem verir ki, ondan istədiklərini qoparsın”.
Erməni deputat onu da bildirib ki, Ermənistanda bundan sonra kimin hakimiyyətdə olmasından asılı olmayaraq, heç kim indiyə qədər Azərbaycanla imzalanmış razılaşmaları poza bilməyəcək. “Əgər Paşinyan seçilməsə Əliyev və Azərbaycan əmin olmalıdırlar ki, Ermənistanda kim hakimiyyətə gəlsə, imzaladığı sənədlərin heç birindən imtina edə bilməyıcək”.
Fərda Uğur