Ağasəlim Mircavadov: “Hansısa müğənni deyir ki, Qurban Qurabov istefa versin, bu, çayxana söhbətidir…”backend

Ağasəlim Mircavadov: “Hansısa müğənni deyir ki, Qurban Qurabov istefa versin, bu, çayxana söhbətidir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məni oyun maraqlandırırdı, o oyunu da “Qarabağ”dan alıram. Düzdür, 3 oyunu uduzdu. Qurban Qurbanovun istefa verməsini kim deyib? Hansısa futbol mütəxəssisi belə bir söz deyib? Xeyr, vəssalam. Bu, çayxana söhbətidir? Oturub çay içirəm, azarkeşəm, deyirəm ki, Əli çıxsın, Vəli gəlsin. Axı belə düzgün deyil. Qurban Qurbanov yaxşı işləyir ki “Qarabağ” bu yerlərdədir. Gör neçə klubu bura gətirib. Klubun səviyyəsindən danışın. Bu səviyyəyə “Qarabağ”ı kim gətirib? Baş məşqçi və onun köməkçiləri. Mən işləyəndə də heç vaxt özümü məşqçilərdən ayırmırdım. Hətta 30% işi mən görürdümsə, 70%-ni məşqçilər görürdü. Qayda belədir. Biz belə görmüşük”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın qocaman futbol mütəxəssisi Ağasəlim Mircavadov deyib.

“Hansısa müğənni deyir ki, Qurban Qurabov istefa versin. Müğənni gedib mahnısını oxusun. Azarkeşsən? Lap əla, çox sağ ol. Amma sənə o hüquqi vermirlər. Mən mütəxəssisəm, amma hələ fikirləşməmişəm ki, Qurban Qurbaov istefa versin. Bu səhv fikirdir və kökündən son qoymaq lazımdır. Özü yorulubsa, istəsə, istefa verər. Bu, başqa şeydir. Azərbaycan səviyyəsində belə hərəkətlər etməzlər. Mətbuat konfransında da bu sualı Qurban Qurbanova verdilər. Gör nə günə qalıblar, komandadan danışmaqdan istefdadan danışırlar. Axı belə olmaz. Futbolu kim idarə etməlidir? Futbol mütəxəssisləri. Çayçıda oturanlar yox. Adamı əsəbləşdirirlər. Qurban Qurbanov azərbaycanlıdır və işləyir. Yaxşı nəticələri var. Mənə vacib oyundur. Oyun varsa, xal olacaq. Oyun yoxdursa, xal da olmayacaq, vəssalam”, – o bildirib.