Ağamirzənın qızı Amerikada ailə qurub (VİDEO)backend

Ağamirzənın qızı Amerikada ailə qurub (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Meyxanaçı Ağamirzə Məmmədovun qızı Amerikada ailə qurub.
Meyxanaçı bu barədə “Qonaqcanlı” verilişində deyib. O, övladının bu ilin iyununda Amerikada ailə qurduğunu söyləyib. İfaçı qızının özəl günündə iştirak edə bilməyib:
“Oğlan, Mehdi Amerikada işləyirdi. Qızım da təhsillə bağlı getdi. Həm ziyarət, həm ticarət. Təzə, bu il getmişdi. Onlar bir-birini çoxdan istəyirdilər. Həm təhsil almağa, həm onunla ailə qurmağa getdi. İyunun 8-də toy olub. Biz iştirak edə bilmədik. Qismət, Allah necə yazıb, elə də olmalıdır. El adəti ilə orada toy olub. Elariz (Amerikaya köçən müğənni Elariz Məmmədoğlu – red.) də toyu idarə edib”.
Axşam.az-ın məlumatına görə, həmçinin, Ağamirzə baba olub. Onun böyük qızının övladı dünyaya gəlib.