Ağalı – dünən və bu gün… – Video

Ağalı – dünən və bu gün… – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaxtilə vətənimizin cənnət guşələrindən biri olan Zəngilanı 30 illik işğaldan sonra tanımaq mümkün deyildi. 

Tribunainfo.az xəbər verir ki, şanlı qələbəmizdən, torpaqlarımızın  azad edilməsindən çox vaxt keçməsə də, Zəngilan sürətlə dəyişir.

Torpaqlarımızın öz sahiblərinə qovuşmasından cəmi 3 il, Zəngilanın Ağalı kənd sakinlərinin ilk köçündənsə 1 il keçir.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin tapşırığı ilə ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilib.  Bu kənd tamamilə yenidən qurulub və burda insanların rahatlığı üçün zəruri olan hər şərait yaradılıb. Bu il, 19 iyulda ağalı sakinləri öz qayıdışlarının 1-ci ilini qeyd edəcəklər.
Tribunainfo.az