22 martda terror aktı nəticəsində bir hissəsi yanmış “Crocus City Hall”ın bankda girov qoyulduğu məlum olub.
Bakupost.az xəbər verir ki, əmlak “Qazprombank”da kredit müqabilində girovdur.
Belə ki, Dövlət Reyestirində 38 min kv. metrlik, 20 saylı bina 2023-cü ilin noyabrında ipoteka müqaviləsi əsasında banka girov qoyulub.
Məsələ ilə bağlı “Crocus Group” və “Qazprombank” açıqlama verməkdən imtina edib.
“Crocus City Hall” İnqosstrax şirkəti tərəfindən sığortalanıb, lakin sığortalanan məbləğ terror aktında vurulan zərərdən qat-qat aşağıdır.