Ağakərimin oğlu: “Atamın görüntülərinin çəkilməsinə icazə verməmişəm”

Ağakərimin oğlu: “Atamın görüntülərinin çəkilməsinə icazə verməmişəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meyxanaçı Ağakərimin (Kərim Novruzov) oğlu Kamil Kərimoğlu atasının son günlər sosial şəbəkələrdə yayılan görüntülərinin etirazla qarşılanmasından danışıb.

K.Kərimoğlu Pravda.az-a açıqlamasında deyib ki, sözügedən video köhnədir.

“Mən heç kimə atamın görüntülərini çəkməsinə icazə verməmişəm. Həmin görüntülər də məndən icazəsiz çəkilib. Mənə də sözügedən videonu göndərirlər. Artıq hamıya deməkdən yorulmuşam ki, köhnədir. Televiziyada işləyirəm. İş yoldaşlarım da soruşurlar. Deyirəm ki, köhnə məlumatdır. Təzə nəsə olsa, ən birinci xəbəri mən özüm verəcəyəm”, – o bildirib.

 

Qeyd: Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.