Binəqədi Rayon Məhkəməsində “Medera Hospital” MMC-yə yazılan inzibati protokola baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, inzibati tənbeh tətbiq edilib.
Qeyd: “Medera Hospital”a Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə protokol tərtib edilib.
Xatırlatma: Xalq Artisti Ağadadaş Ağayevin hospitala qarşı qaldırdığı iddiaya isə oktyabrın sonunda baxılacaq. Mahiyyəti mənəvi zərərin ödənilməsi üzrə mübahisə olan iş hakim Etibar Mustafayevin icraatındadır.
Qeyd: “Medera Hospital” MMC-nin qanuni təmsilçisi İbrəhim Əliyev Nadim oğludur.