Ağacların qurumasının qarşısının alınması üçün ETSN ərazini himayəyə götürüb

Ağacların qurumasının qarşısının alınması üçün ETSN ərazini himayəyə götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Yasamal rayonu Şərifzadə küçəsi 130 A ünvanında mənşəyi məlum olmayan maddə ilə qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsi himayəyə götürülüb

Nazirlik tərəfindən yaşıllıq sahəsinə münbit torpaq və gübrə gətirilib, 21 ağacın qurumasının qarşısının alınması üçün ağaclara aqrotexniki qulluq göstərilib.

Xatırladaq ki, 23 iyul 2018-ci il tarixində Yasamal rayonu, Şərifzadə küçəsi 130 A ünvanındakı yaşıllıq ərazidə ağacların dibinə mənşəyi məlum olmayan maddə tökülüb. Bununla bağlı Nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.