Ağaclardan zeytun dərmək olar? – Cəriməsi var? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhərin bir çox yerində zeytun ağaclarına rast gəlinir.
 

Şəhərin bir çox yerində zeytun ağaclarına rast gəlinir. Bəziləri bar verib bəziləri isə yaxın vaxtlarda bar verəcək. Sirr deyil ki, zeytun insan orqanizması üçün xeyirli olduğundan bu meyvəyə maraq böyükdür. Bəs görəsən hər ürəyi istəyən bu ağacların zeytunundan dərə bilərmi? Diqqətsizlik nəticəsində ağaclar qırılarsa məsuliyyəti kim daşımalıdır?

Zeytun ağacları artıq bar verməyə başlayıb

Zeytunlar tam yetişməsə də bu mənzərəni, demək olar ki şəhərin bütün parklarında görmək olar.

Bəs bu zeytunları kim gəldi yığa bilərmi? Şəhər sakinlərindən əvvəlcə bu ağaclardan zeytun yığıb-yığmadıqlarını soruşduq. Əksərinin cavabı isə bəli oldu

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyndə olan Yaşıllaşdırma Təsərüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyir ki, vətəndaşların parkdakı ağacların meyvəsindən istifadə etməsinə heç bir qadağa yoxdur.

Əgər, vətəndaşlar həmin ağaclara ziyan vurarlarsa, bu zaman onlar məsuliyyətə cəlb ediləcəklər

Cərimələr isə ziyan vurulan ağacın növünə və diametrinə görə, hesablanır.