Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyivə Rayon İcra Hakimiyyətlərinin əməkaşları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublikaərazisindəkütləvi ağacəkmə aksiyaları keçirib.
06-07 aprel 2019-cu il tarixlərində keçirilən aksiyalar zamanı paytaxtıninzibati rayonlarında ümumilikdə 3050, regionlarda isə meşə və qeyri-meşə fondu torpaqlarındayerli şəraitə uyğun 21770 ədəd müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib.
Ağacəkmə aksiyaları davam edir.