Millət vəkili Ağacan Abıyev Parlamentin İntizam Komissiyasının sədrliyindən çıxarılmayıb.
Millət vəkili Ağacan Abıyev Parlamentin İntizam Komissiyasının sədrliyindən çıxarılmayıb.
Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
O qeyd edib ki, Milli Məclisin saytında qəbul günlərində texniki səhv düşüb və komissiyanın sədri kimi Ağacan Abıyevin yerinə Siyavuş Novruzovun adı gedib.
“Texniki səhv olub və məlumat dəqiqləşdirilməmiş ötürülüb. Komissiyasının sədri dəyişməyib. Millət vəkili Ağacan Abıyev İntizam Komissiyasının sədridir”.