Ağac tinglərinin paylanılması aksiyası davam edir

Ağac tinglərinin paylanılması aksiyası davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsliağac tinglərinin paylanılması aksiyası davam edir.

Növbəti aksiya 04 aprel 2019-cu il tarixində Bakının Xətai rayonunda Bakıkinoteatrınınqarşısında saat 11:00-dan 12:00-dək, Nizami rayonunda Sevinckinoteatrınınqarşısında saat 12:00-dan 13:00-dək,Sabunçurayonu,  Bakıxanov qəsəbəsindəkiyeni istirahət parkının qarşısında saat 13:00-dan 14:00-dək, Xırdalanda şəhər icra nümayəndəliyinin, Sumqayıtda Tağıyev parkınınqarşısında,Qubada isə Vaqif küçəsindəki ticarət mərkəzinin arxasındasaat 11:00-dan 13:00-dək keçiriləcək.

Aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair Nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.