Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi altında payız ağacəkmə aksiyasına Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi də qoşulub.
Aksiyada uşaqlar valideynlərinin və müəllimlərin köməyi ilə 100-ə yaxın müxtəlif cinsli ağac tinglərini bağçanın həyətyanı sahəsində əkiblər. Ağacəkmə aksiyasında ETSN-nin əməkdaşları,KİV nümayəndələri vəkönüllülərdə iştirak edib.
Qeyd edək ki, uşaq bağçasının həyətində əkilən ağac tingləri Nazirliyin Abşeron Regional Meşə Tingliyi və Toxumçuluğu Mərkəzində yetişdirilib.
Nazirlikpayız ağacəkmə kampaniyasınıdəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.