“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizinə məktəblər də qoşulur

“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizinə məktəblər də qoşulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi altında payız ağacəkmə aksiyasına Bakı şəhəri Suraxanı rayonu 316 nömrəli tam orta məktəb də qoşulub.

ETSN-dən TİA.AZ-a verilən məlumata görə, 30 oktyabr 2018-ci il tarixində müəllim və şagird heyətinin iştirakı ilə məktəbin həyətyanı sahəsində çoxlu sayda müxtəlif cinsli ağaclar əkilib.

 ETSN ağacəkmə aksiyalarına qoşulanlara təşəkkür edir.