“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!”

“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” şüarı altında başladılan payız ağacəkmə kampaniyasına paytaxtın Nərimanov rayonunda yerləşən 69 nömrəli körpələr evi-uşaq bağçasının və 36 nömrəli tam orta məktəbin kollektivi də qoşulub.

TİA.AZ xəbər verir ki, noyabrın 20-də uşaq bağçasında keçirilən aksiyada balacalar valideynlərinin və müəllimlərin köməyi ilə müəssisənin həyətyanı sahəsində 50-dən çox, məktəblilər isə məktəbin həyətində 60-dan artıq müxtəlifcinsli ağac tingi əkiblər. Kampaniyada Nərimanov Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, nazirliyin əməkdaşları, kütləvi informasiya vasitələri nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, əkilən ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin tinglik sahəsində yetişdirilib.

Nazirlik payız ağacəkmə aksiyasını dəstəkləyən və qoşulan hər kəsə öz təşəkkürünü bildirir.