AĞ Partiyanın deputatlığa namizəd irəli sürdüyü Malvina Əmirova etirazını bildirib. Tribunainfo.az-ın xəbərinə görə, partiya üzvü 11 saylı Binəqədi-Qaradağ dairəsi üzrə namizəd olub.
“İmza kampaniyasına başladığımız zaman köməkçilərimlə birlikdə şəxsən imza toplama prosesində iştirak etdim. İmza toplama başa çatdıqdan sonra bütün sənədləri 11 saylı Binəqədi – Qaradağ rayon dairə seçki komissiyasına (DSK) təqdim etdim.
Qanunla 7 gün ərzində cavab verilməli olan sənədlərə dair komissiya son gün, yəni 7-ci gün cavabını təqdim etdi. Təəssüf ki, komissiya tərəfindən çox absurd bir qərar verildi. Dairənin sədri Nəbi Xəlilov 95 imzanın eyni adam tərəfindən imzalandığını iddia edərək, bu bəhanəyə haqsız imtina qərar qəbul edib.
11 saylı Binəqədi-Qaradağ rayon DSK-nın üzvü Vüqar Sadıqov isə dediklərinə görə, komissiya xətşünaslar və ekspertlər tərəfindən verilən rəyə əsasən bu qərarın verildiyini bəhanə gətirərək, özlərini günahsız hesab etdilər”,_ Əmirova bildirib.
Onun sözlərinə görə, bu qərarı Seçki Məcəlləsinə uyğun olaraq əsaslandırıb göstərmələrini tələb etməyinə məhəl qoymadan 11 saylı DSK-nın komissiya üzvü Vüqar Sadıqov, imza vərəqlərinin möhürlənib kassaya qoyulduğunu bildirərək bu tələbi rədd ediblər:
“Mən bu qərarla razı olmadığımı bildirərək imzalamayacağımı elan etdim və imzaların göstərilməsini tələb edən iclas keçirilməsini istədim. Təəssüf ki, bu tələblərimə dair heç bir məlumat təqdim edilmədi.
Bu səbəbdən, burada bir daha bildirirəm ki, Nəbi Xəlilovun verdiyi qərarlarla razı deyiləm. Seçki prosesinin şəffaf və ədalətli keçirilməsini tələb edirəm və bütün namizədlərin hüquqlarının qorunmasını tələb edirəm. İnanıram ki, haqq yerini tapacaq və seçicilərimizin səsi eşidiləcəkdir”.