Hakimiyyəti Obamadan dövr aldığından bu yana hökumətdən 45 nəfər ya istefa edib, ya da Tramp tərəfindən işdən qovulub…
“BBC Türkcə” 2019-cu ilin ABŞ prezidenti Donald Trampın həyatına və siyasi karyerasına göstərəcəyi təsir barədə yazıb.
Məqalədə Trampın media ilə savaşı haqda belə yazılır: “Tramp CNN kimi əsas xəbər mərkəzini Ağ Evin mətbuat konfransından qovmağa çalışır, qadınlar haqqında son dərəcədə aşağılayıcı, ”ovuclamaq”, “hər tərəfindən, kim bilir başqa harasından qanlar axır” kimi ifadələrdən istifadə edir. Bundan başqa, müsəlmanların ölkəyə girişini yasaqlamağa yönəlmiş qərarlar ala bilir, meksikalı qaçqınlar üçün “təcavüzçü” deyə, getdikcə yığılan məhkəmələr qarşısında “öz özünü bağışlamaqdan” danışa bilir.
Bundan başqa, prezident Nyu York və Vaşinqtonda getdikcə dərinləşməkdə olan iki ədliyyə istintaqı ilə də qarşı-qarşıyadır. Eks FBİ rəhbəri, xüsusi səlahiyyətli prokuror Robert Müller, Trampın seçki kampaniyasının Rusiya ilə işbirliyi aparması iddialarını və Trampın bu iddialara yönəlmiş ədliyyə araşdırmalarını əngəlləyib-əngəlləmədiyini araşdırır. Nyu Yorkda isə prokuror Trampın özəl vəkili Maykl Koheni iki qadına, Tramp ilə cinsi münasibətlərini, potensial seks qalmaqallarını söndürmək məqsədilə susmaları üçün pul verməkdə cavabdeh biliblər. Trampla bağlı istintaq bununla da məhdudlaşmır. Amerikanın “Washington Post” qəzetindəki bir şərhə diqqət etsək, prezidentlik seçkilərində qalib gələndən 2 ildən çox müddət keçsə də, “Donald Trampın son 10 ildə rəhbərlik etdiyi demək olar ki, bütün qurumlar istintaq altındadır”.
Yeni ildə bu istintaqların çoxunun tamamlanması gözlənilir. 2018-ci ilin noyabrında keçirilən ara seçkilərdə Nümayəndələr Palatasının Demokrat Partiyasının əlinə keçdiyini, bir çox Respublikaçı Partiya təmsiçisinin Trampı gələcək prezidentlik seçkilərində özləri üçün bir risk olaraq görməyə başladığını düşünəndə Amerikada hakimiyyət idarəetməsində problemlər olacağı gözlənilir.
Müstəqil idarəetmə tərzi və özünüqoruma reflekslərinin birləşməsi nəticəsində Tramp 2017-ci ilin yanvar ayında hakimiyyəti Obamadan dövr aldığından bu yana hökumətdən 45 nəfər ya istefa edib, ya da Tramp tərəfindən qovulub.
İndi də Amerika hakimiyyəti “Hər an hər şey ola bilər” kimi son dərəcə qorxuducu bir durumla qarşı-qarşıyadır. Məsələn, nə zaman hansı qərarı, necə bir “Twitter” mesajı ilə dünyaya çatdıracağı bəlli olmayan Tramp, anidən bir Twitter mesajıyla “Suriyadan və Əfqanıstandan amerikan əsgərlərini çıxaracam” deyə açıqlama verib. Açıqlamanın ardınca bu qərara qatılmayan, hətta böyük ehtimalla açıqlandıqdan sonra öyrənmiş olan müdafiə naziri Ceyms Mattis istefa verib. Amerika mediasının açıqlamasına görə hər iki partiyadan senatorların böyük əksəriyyəti əsgərlərin çıxarılma qərarına müsbət yanaşmadılar. Amerikanın avropalı müttəfiqləri təəccüblərini bildirdilər. Bütün bunlara baxılınca ABŞ rəhbərliyində, xüsusən də xarici siyasət sahəsində daimiliyi qoruyan bir prinsipin artıq keçərli olmadığını düşünmək mümkündür. Bu qəribə vəziyyətin 2019-cu ildə beynəlxalq münasibətlərdə, modern zamanlarda bu günə qədər qarşılaşmamış ciddi bir qeyri-müəyyənliyə yol açması da böyük bir ehtimaldır.
Qəbul etdiyi qərarlarla ən böyük təsir göstərmə potensialına sahib mərkəzlərdən birində prezidentin ən yaxşı kadrları tapmaqda gedərək çətinliyə düşməsi, bu il bəlkə də daha aşağı səviyyəli kadrlarla çalışmaq zorunda qalacağı dünya siyasi arenasına əlavə bir qeyri-müəyyənlik və risk ünsürü əlavə edir. Digər tərəfdən, bu il bu hökumətin gündəmi çox gərgindir. İçəridə bu hökumətin büdcə sahəsindəki qarışıqlığı aradan qaldırması vacibdir.
Xaricdə isə bu hökumətin bir tərəfdən Çin ilə ticari müharibələrini, Afrikada nüfuz rəqiblərini, Cənub şərqi Asiyada hərbi çatışma ehtimallarını, digər tərəfdən də, əgər doğrudursa, Tramp ilə Rusiya arasında var olduğu iddia edilən bağlara baxmayaraq, Ukrayna və Suriyada münasibətlərin idarə edilə bilməsi böyük əhəmiyyət daşıyır. Kiçik bir yanlışın tətikləyəcəyi bir müddətin qisa zaman ərzində nəzarətdən çıxaraq böyüməsi də səslənən ehtimallar sırasındadır.
Gündəmi bu qədər gərgin saxlayan bir hökumətin başında Tramp var və onun da taleyini böyük ehtimalla iki qrup gəlişmə müəyyənləşdirəcək.
Birinci qrup gəlişmə Vaşinqton və Nyu Yorkda irəliləməkdə olan istintaqların yaradacağı nəticələrə, bunlara bağlı olaraq, bir prokurorun, ənənələri bir kənara qoyaraq, vəzifə başında olan bir prezident haqqında cinayət işini başlayıb-başlamayacağı ilə bağlıdır. Bu məsələdə “praktik hökumətin” Tramp hakimiyyətinə qarşı tövrünün vacib bir fakt kimi təsir edəcəyini düşünmək lazımdır.
İkinci qrup gəlişmə isə Demokratların Nümayəndələr Palatasındakı səs çoxluğundan necə istifadə edəcəyi ilə bağlıdır. Demokratların ilk mərhələdə büdcədəki problemi həll etmə yolu müzakirə olunur. Belə ki, onlar səs çoxluğundan istifadə edərək, “Trumpın divarı” üçün maliyyə qaynağı çıxarmadan topu respublikaçıların nəzarət etdiyi Senata atmağı, beləcə onları Trampla qarşı-qarşıya gətirməyi planlaşdırdıqları anlaşılır.
Bir çox ekspertlər isə hesab edir ki, Müller istintaqı 2019-cu ildə çox çarpıcı bir şəkildə nəticələnəcək. Trampın bu nəticəyə qarşı reaksiyası demokratları sıxışdırma prosesinin başlaması ola bilər. Nümayəndələr Palatası Trampla bağlı impiçment qərarı qəbul edəcək, amma Senat böyük ehtimalla Trampa bəraət verəcək. 2020-ci il prezidentlik seçkilərinə ABŞ bir “hüquq dövlətidir, ya yox” sualı ilə gediləcək.
Sevinc TELMANQIZI