AĞ EVDƏN ÇIXAN KOKAİNLƏ BAĞLI İLK AÇIQLAMA

AĞ EVDƏN ÇIXAN KOKAİNLƏ BAĞLI İLK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin sözçüsü Karin Jean-Pierr Ağ Evdə tapılan kokainin kompleksin çox sıx olduğu ərazidə aşkar edildiyini söylədi.

Tribunainfo.az xəbər verir ki, Jean-Pierr gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Ağ Evdə kokainlə bağlı ilk rəsmi açıqlamanı verən Jean-Pierr, kokainin Ağ Evin çox istifadə edilən Qərb Qanadı ərazisində tapıldığını təsdiqlədi.

Jean-Pierr, Ağ Evin bu hissəsində turların təşkil edildiyini və adi ziyarət turlarının keçən həftənin cümə, şənbə və bazar günləri keçirildiyini bildirdi.

Sözçü Ağ Evin narkotik testi də daxil olmaqla ciddi qaydalara tabe olduğunu və Gizli Xidmətin araşdırma nəticələrinə əməl edəcəyini söylədi.