ABŞ-ın Təhlükəsizlik xidməti prezident Donald Trampın olduğu yerə zorla girmək istəyən naməlum şəxsi tutub.
ABŞ-ın Təhlükəsizlik xidməti prezident Donald Trampın olduğu yerə zorla girmək istəyən naməlum şəxsi tutub.
TİA.AZ xəbər verir ki, Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğanla Donald Trampın görüşündən sonra Ağ Evdə həyəcan təbili çalınıb. Trampa sui-qəsd cəhdi hazırlandığı iddia edilir.
Naməlum şəxs sarayın hasarlarından tullanaraq bağa girərkən saxlanılıb.
Polis baş verən hadisə ilə əlaqədar təhlükəsizlik məqsədilə sarayın ətrafındakı insanları uzaqlaşdırıb.
İçəri icazəsiz daxil olmağa çalışan şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.