Ağ Ev həlak olan uşaqlara görə HƏMAS-ı günahlandırdıbackend

Ağ Ev həlak olan uşaqlara görə HƏMAS-ı günahlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evdən verilən açıqlamada İsrailin bombardmanları altında Qəzza zolağında dağıntılar altından uşaqların çıxarılmasının “dəhşətli” olduğu, müharibədə həyatını itirən uşaqlar üçün yalnız Həmas-ın günahlandırıldığı bildirilib.

Tribunainfo.az xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Kirbi bildirib ki, bombardmanlar nəticəsində binaların dağıntıları altında Qəzzalı uşaqlar qalıb:

“Uşaqların dağıntılar altından çıxarılması və bir çoxunun bunu edə bilməməsinin görüntülərini görmək qorxuncdur. İsrailli həmkarlarımıza hədəfləri müəyyənləşdirərkən mümkün qədər ayrı-seçkilik və diqqətli olmağın vacibliyini vurğulamağa davam edirik. HƏMAS mülki insanları ərazini tərk etmək əvəzinə evlərində gizlənməyə təşviq edib. Strateji Kommunikasiyalar Koordinatoru son 24 saat ərzində 96 ABŞ vətəndaşının və ümumilikdə 400-ə yaxın ABŞ vətəndaşının ailəsi ilə birlikdə Qəzzanı tərk edib, Qahirəyə çatıblar”.