Afrində terrorçuların 100-dən çox hədəfi məhv edildi

Afrində terrorçuların 100-dən çox hədəfi məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələri PYD/PKK terrorçularına məxsus 108 hədəfi məhv edib.

Trend-in verdiyi məlumata görə, bu barətə Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb.

Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri cəlb edilib.