Afrində terror aktı törədilib, 11 nəfər ölüb

Afrində terror aktı törədilib, 11 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın terrorçulardan azad olunan Afrin şəhərində partlayış törədilib.

TİA.AZ “Haber7”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər həlak olub.

Onlardan 7-si mülki şəxs, 4-ü isə Azad Suriya Ordusunun döyüşçüləridir.

Terrorçu PKK/YPG-PYD qruplaşmasının törətdiyi partlayış nəticəsində çoxlu sayda binaya da ziyan dəyib.