MAR-ın Rusiyadakı səfiri Leon Dodonu-Punaqaza bildirib ki, rusiyalı jurnalistləri kimin öldürdüyü və hüquq-mühafizə orqanlarının bu işin təhqiqatını dəqiq nə vaxt başa çatdıracağı barədə məlumatı yoxdur.
Qaynarinfo xəbər verir ki, bundan əvvəl Rusiyanın Mərkəzi Afrika Respublikasındakı səfiri Aleksandr Bikanov bildirib ki, ilkin məlumatlara görə, 2018-ci ildə Mərkəzi Afrika Respublikasında üç rusiyalı jurnalist 3R qeyri-qanuni silahlı qruplaşmasının silahlıları tərəfindən öldürülüb.
Xatırladaq ki, 2018-ci il iyulun 30-da Mərkəzi Afrika Respublikasında üç rusiyalı – jurnalist Orxan Camal, operator Kirill Radçenko və sənədli film rejissoru Aleksandr Rastorquev öldürülüb. Onlar İstintaqa Nəzarət Mərkəzinin sifarişi ilə çəkiliş aparırdılar.
“Üç ildir ki, istintaq gedir. Nə vaxt bitəcəyi barədə heç nə deyə bilmərəm. Jurnalistləri kimin öldürə biləcəyini bilmirəm. Cinayət gecə saatlarında, paytaxtdan 200 kilometr aralıda baş verib, ona görə də istintaq çətindir”, – Dodonu-Punaqaza bildirib.
Onun sözlərinə görə, həmin vaxt ölkənin hər yerində hərbi dəstələr fəaliyyət göstərirdi. İndi hüquq-mühafizə orqanlarının əməkdaşları üçün bu cinayətdə hansı qrupların əli olduğunu müəyyən etmək kifayət qədər çətindir.