Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.
TİA.AZ xəbər verir ki, Kamerunun paytaxtı Yaundedə yerləşən “Olembe” stadionunda baş tutan həlledici görüşdə Seneqal millisi Afrika çempionu olub. Finalda Misir yığmasını penaltilər seriyasında məğlub edən (4:2) seneqallılar tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub.
Afeika Millətlər Kubokunu ən çox qazanan komanda ünvanına isə hələ ki, Misir millisi sahibdir. Sonuncu dəfə 2010-cu ildə çempionluğu qazanan misirlilər ümumilikdə 7 dəfə bu kuboku başı üzərinə qaldırıb.