AFP: Alek Bolduin 2021-ci ildə operatorun qətlində günahını etiraf etmədibackend

AFP: Alek Bolduin 2021-ci ildə operatorun qətlində günahını etiraf etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Amerikalı aktyor Alek Bolduin 2021-ci ilin payızında “Pas” (“Rust”) filminin çəkiliş meydançasında operator Qalina Hatçinsin qəsdən öldürülməsi işində özünü təqsirli bilməyib. 
Qaynarinfo xəbər verir ki, bu barədə AFP məhkəmə materiallarına istinadən yazır.
Yanvarın 20-də Nyu-Meksika ştatının böyük münsiflər heyəti bu işdə aktyora qarşı yeni ittihamları təsdiqləyib.
AFP-nin məlumatına görə, Alek Bolduin təkid edir ki, o, silahın tətiyini basmayıb. Aktyorun digər arqumenti isə silahın doldurulmamalı olmasıdır. 2021-ci ildə filmin çəkilişləri zamanı aktyorun əlində 45 Colt tapançası olub, təsadüfi atəş nəticəsində operator Qalina Hatçinsi öldürüb və rejissor Coel Souzanı isə yaralayıb.
Agentlik qeyd edir ki, aktyorun vəkilləri Luka Nikas və Aleks Spiro “ictimai böhtan və şübhələri minimuma endirmək və onun təqsirsizliyinin sübutu ilə bağlı uzun müddət gecikmədən sonra yaranan təhlükələrdən qaçmaq məqsədilə” məhkəməyə tezləşdirilmiş mühakimə üçün vəsatət veriblər.
Qeyd edilir ki, yeni ittihamların verilməsi ekspertiza rəyinin alınması ilə bağlıdır. Ekspertlər hesab edir ki, aktyor atəş açmaq üçün tətiyi basmalı idi. Aktyor iddia edir ki, silah onun əlində olub, amma tətiyi basmayıb. 65 yaşlı Alek Bolduin daha əvvəl də belə ittihamlarla üzləşib, lakin 2023-cü ilin aprelində kifayət qədər dəlil olmadığı üçün bu ittihamlar rədd edilib. Aktyora həqiqi gülləsi olan tapança verən rejissor köməkçisi Devid Holls şərti cəzaya və 500 min dollar cəriməyə məhkum edilib.